• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

CƏMİYYƏT

06 Dekabr 2023 | 13:23

Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayında ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 1296 olub.

R.Süleymanov bildirib ki, məişət zəminində qadınlara qarşı törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR