• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Azərbaycanda "quş qripi" xəstəliyi var? - ÜHST

CƏMİYYƏT

18 Noyabr 2024 | 10:33

Azərbaycanda quş qripi xəstəliyi var? - ÜHST

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, beynəlxalq təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində yayımlanıb.

Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur.


SON XƏBƏRLƏR

17 Aprel 2025