• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Azərbaycanda saxta eksperimentə, separatist cəhdlərə heç vaxt yol verilməyəcək” 

GÜNDƏM

28 Sentyabr 2021 | 16:25

“Azərbaycanda saxta eksperimentə, separatist cəhdlərə heç vaxt yol verilməyəcək”

“Vətən müharibəsinin ildönümü münasibətilə Prezident İlham Əliyevin xalqa müraciətində həm təkliflər, həm də xəbərdarlıqlar var. Bu həqiqətən də qalib məmləkətin liderinin çox qətiyyətli çıxışı idi və bu çıxışdan hər kəs gərək öz payını götürsün”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. 

Politoloq qeyd edib ki, Azərbaycan yeni reallıqların yaranması barədə danışdıqda ilk növbədə onu diqqət mərkəzinə gətirir ki, biz müharibəyə son qoyaraq yeni situasiya formalaşdırırıq: “Bu situasiyada ondan ibarətdir ki, sülh, əmin-amanlıq, sabitlik gərək bərkisin. Çünki Ermənistanın ucbatından 3 onillik ərzində ən azı ölkəmizdə narahat vəziyyət var idi və buna çox dözümlülüklə yanaşan, bəzi anlaşılmaz mövqe sərgiləyən qüvvələr normal baxırdılar. Və təbii ki, onlar bu bölgədə əziyyət çəkən insanların vəziyyətinə şərik olmaq istəmirdilər, onlar özlərini bilməməzliyə vururdular, elə bil forma yaradırdılar ki guya Ermənistan burada əziyyət çəkən məmləkətdir. İndi də biz görürük ki, onlar bəzi hallarda çox cəfəng və ümumiyyətlə əsası olmayan ittihamlar irəli sürürlər.  Guya Azərbaycan Qarabağda təcavüz siyasətini həyata keçirir, işğal siyasəti ilə məşğuldur. Axı necə ola bilər ki bir ölkə öz ərazisində işğal siyasəti yeridə bilər? Biz əksinə işğala son qoymuşuq, erməni faşizminin başını üzmüşük və yenə də təklif edirik ki, ermənilər nə qədər gec deyil sülhə, əmin-amanlığa doğru addımlasınlar və bununla da özləri üçün heç olmasa bir çıxış yolu, nicat yolu tapsınlar. Çünki Azərbaycanın qarşısında duran problemlər köklü surətdə Ermənistanın və erməni xalqının qarşısında duran problemlərdən fərqlənir. Bizim qayəmiz, məqsədimiz ondan ibarətdir ki, inteqrasiya siyasətinə yeni impulslar verək və biz bunu edirik də. Ancaq ermənilər özlərini elə aparırlar ki guya onlara aid olmayan məsələlər var və onlar guya öz yolları ilə gedirlər. Axı nədən ibarətdir bu yol? Onlar nəyi göstərmək istəyirlər? Dünya birliyinə və bizə nəyi təlqin etmək istəyirlər? Ona görə təsadüfi deyil ki prezident orada vurğuladı ki, Dağlıq Qarabağ adlı ölü məxluqa kimsə nəfəs vermək istəyirsə bunu getsin öz istədiyi yerdə yaratsın və Azərbaycan dövləti onu tanıya bilər”. 


Politoloq bildirib ki, Azərbaycanda daha elə bir saxta eksperimentə separatist cəhdlərə heç vaxt yol verilməyəcək: “Çünki biz kifayət qədər itki vermişik, kifayət qədər əziyyət çəkmişik, yüz minlərlə insanımız qaçqın və məcburi köçkün həyatı yaşayıb, biz burada şəhidlərimizin də xüsusi rolunu qiymətləndiririk və bilirik ki, onların qanı yerdə qalmadı. Bu zəfərimizlə biz onların da intiqamını aldıq, qisasını aldıq. Ona görə də Minsk qrupudu, onlara havadarlıq edən bəzi siyasi dairələrdir, onlar əbəs işlərlə məşğuldurlar və elə bilirəm ki, heç bir çabaları məqsədə çatmayacaq. Çünki Azərbaycan liderinin qətiyyəti, onun mübariz mövqeyi bir daha göstərir ki, təsadüflər dövrü bitib. Azərbaycan ona görə uzun illər, 30 ilə yaxındır ona görə hazırlaşmırdı ki, yenidən kiminsə kaprizlərinə, şıltaqlığına göz yumsun, ermənilərin azğınlığına dəstək verən qüvvələrə haradasa şərait yaratsın. Əminəm ki, prezidentin xalqa müraciətinda qeyd etdiyi bütün imperativləri hamısı yerində və çox aktuallıqla səslənib, hər kəs gərək buradan öz payını götürsün”. 

T.Abbasov deyib ki, müharibə bitdikdən sonra qalib tərəf həmişə öz yanaşmasını sərgiləyir və o ixtiyarı qazanır: “Çünki biz itki vermişik, cavanlarımız, oğul və qızlarımız öz həyatlarını fədakarlıqla qurban veriblər ki ölkə qalib gəlsin, Azərbaycan xalqının yeni nəsilləri normal şəraitdə yaşasınlar, onlar qorxu içində olmasınlar, onlara heç bir düşmən təhdid törətməsin. Bundan sonra biz gündəliyi formalaşdırmaq səlahiyyətini Ermənistana verə bilmərik. Biz deyirik, əgər istəyirsinizsə inkişaf meyillərinə yiyələnəsiniz buyurun gəlin bizim ərazi bütövlüyümüzü tanıyın, iddialarınızdan əl çəkin, sülh müqaviləsinə imza atın vəssalam, biz sizə kömək edəcəyik. Altılar platforması, üçlər platforması, ikitərəfli format da var- Azərbaycan və Ermənistan. 

Ermənistan xalqı ilk növbədə siyasi qruplarının, diaspor təşkilatları ilə kilsənin girovuna çevrilib. Bu xalqın heç vaxt normal, sabit həyatı olmayacaq. Problemli ölkəyə rəhbərlik edən qüvvə, kabinet, istər Paşinyan olsun, istər digəri olsun, əgər onlar bu diaspora və kilsə qurumlarının diktəsindən, onların müdaxilələrindən qurtulmasalar heç vaxt erməni xalqı sabit həyat tərzinə yiyələnməyəcək”.
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026