• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ

CƏMİYYƏT

08 Iyul 2025 | 15:23

Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.

İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.


SON XƏBƏRLƏR