• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda uşaq bağçası YANDI

HADİSƏ

06 Yanvar 2022 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda uşaq bağçası YANDI

Zaqatalada uşaq bağçasında yanğın olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəhmətli kəndində qeydə alınıb. Belə ki, bu gün səhər saat 07:50-də ümumi sahəsi 200 kv/m olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində inzibati binanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar tam yanıb.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, uşaq bağçasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Yanğın zamanı xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026