• Bakı 16° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq

CƏMİYYƏT

29 Aprel 2025 | 16:36

Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq

Azərbaycanda Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılmasına dair Yol Xəritəsi var: “Yol Xəritəsindəki 18 bənddən 12-sini “Azərişıq” həyata keçirəcək. Bizim qarşımıza Vahid İnformasiya Sisteminin yaradılmasına dair strukturun formalaşdırılması, dünya təcrübəsinin öyrənilməsi və bu sistemin bazasının yaradılması və sair ilə bağlı tapşırıqlar qoyulub”.

O qeyd edib ki, hazırda qurum beynəlxalq təcrübənin öyrənilməsi, konsepsiyanın hazırlanması ilə bağlı işlər görür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026