• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda yaradılan şirkətlərin sayı ARTDI

CƏMİYYƏT

14 Noyabr 2022 | 15:17

Azərbaycanda yaradılan şirkətlərin sayı ARTDI

2022-ci il noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6 faiz artaraq 705.061 olub.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, bunun 38 739-u əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 11,7% çoxdur. Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,1% artaraq 188 961-ə çatıb.

2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin 10 ayı ərzində 12.975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026