• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda öz dölünü zibil qutusuna atan qadın tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

04 Noyabr 2021 | 15:49 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda öz dölünü zibil qutusuna atan qadın tapıldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı daha bir açıqlama verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə döl aşkarlanması barədə polisə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl oradan götürülərək ekspertizaya göndərilib. 

Keçirilən tədbirlərlə həmin qadın müəyyən edilib və o, Ağsu Rayon Polis Şöbəsinə dəvət olunub. Qadın bildirib ki, döl 3 aylıq olub. O, izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını bildirib. 

Hazırda araşdırmalar davam etdirilir və nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

***

Ağsu şəhərində döl tapılıb. 

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıb.

Dölün kim tərəfindən atıldığı məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib. Hələlik dölün kim tərəfindən atıldığı məlum deyil və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026