• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycanın COP29 sədrliyi iqlim məsələlərinə olan diqqəti artıracaq - Aİ səfiri

COP29

03 Noyabr 2024 | 17:52

Azərbaycanın COP29 sədrliyi iqlim məsələlərinə olan diqqəti artıracaq - Aİ səfiri

"Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın yüksəksəviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin əhəmiyyətini artırır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri report-a Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

"Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir tədbirə ev sahibliyi etməsi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq", - o qeyd edib.

Səfir rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Herçinski iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini və birgə səylərin nəticə verəcəyini də əlavə edib: "Belə tədbirlər, Aİ ilə Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin müzakirəsi üçün bir platforma yaradacaq".


SON XƏBƏRLƏR

26 Dekabr 2024