• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

MULTİMEDİA

01 Oktyabr 2023 | 13:44

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

Bakcell şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.

Şirkətdən Bakıvaxtı.az-a verilən məlumata əsasən,  Bakcell-in şəbəkəsi Ağdərə və Xocalıda artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.

Burada quraşdırılmış baza stansiyaları ilə Bakcell şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və  ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.

Bakcell şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.


SON XƏBƏRLƏR

31 May 2025