Yaxın günlərdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.
Qeyd edək ki, Ceyhun Bayramov bir müddət əvvəl Keniyaya rəsmi səfərə yola düşüb.