• Bakı C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Azərbaycanın strateji valyuta ehtiyatları ARTDI

İQTİSADİYYAT

13 Aprel 2026 | 18:37

Azərbaycanın strateji valyuta ehtiyatları ARTDI

Ötən il strateji valyuta ehtiyatları artmaqda davam edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda əksini tapıb.

Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci il ərzində 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına, ARDNF-in ehtiyatları isə 22.5% artaraq 73.5 mlrd. ABŞ dollarına çatıb.

Beləliklə, ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 19.8% artaraq 85.1 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 112% təşkil etməklə beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edib.


SON XƏBƏRLƏR