Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.