Atmosferə atılan emissiyaların udulmasının ən yaxşı üsulu yaşıllıqların artırılmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yaşıllıq ərazilərin artırılması, yolların ətrafında yaşıllıqların salınması, abadlaşdırılması çərçivəsində işlər görülür:
"Atmosferə atılan emissiyalar ən çox nəqliyyatın payına düşür. Bu baxımdan, yeni nəqliyyat növlərinin stimullaşdırılması, elektrik və hibrid avtomobillərin daha çox olması da atmosferə yaxşı təsir göstərir. Elektrik və hibrid avtomobillərin istifadəsi populyarlıq qazanıb, inanıram ki, onlardan istifadə daha da genişlənəcək. Çünki dövlət bunun üçün çox böyük imkanlar yaradır, stimullaşdırma proqramları var".
Nazir, həmçinin qeyd edib ki, köhnə avtomobillərin utilizasiya proqramı artıq icra olunur. Eyni zamanda, insanların maarifləndirilməsi, təşviq işlərinin genişləndirilməsi bu prosesə yaxşı təkan verəcək".