• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

CƏMİYYƏT

31 Yanvar 2025 | 14:18 | Müəllif: Əli Hüseynov

Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Məlumata əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir:

"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR