• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Azərbaycanın valyuta bazarı kiçildi

CƏMİYYƏT

22 Noyabr 2023 | 11:03

Azərbaycanın valyuta bazarı kiçildi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında 23,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.

9 aylıq əməliyyatların 21 milyard ABŞ dolları nağdsız, 2,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6 % və 29,2 % azdır.

Nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,6 %-i ABŞ dollarında, 16,4 %-i digər valyutalarda baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR