• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Azəriqaz” ard-arda MƏHKƏMƏYƏ ÇƏKİLİR

CƏMİYYƏT

01 Dekabr 2022 | 14:59

“Azəriqaz” ard-arda MƏHKƏMƏYƏ ÇƏKİLİR

Kommersiya qurumları “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, “MSİ” MMC və “Zirə Gülçülük” MMC “Azəriqaz”a qarşı iddiasına müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsi və Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Zaur Məmmədov “MSİ” MMC-nin müraciət əsasında dekabrın 12-ə baxış iclası təyin edilib. İşin mahiyyəti istehlak edilmiş təbii qaz haqqının ödənilməsi və mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

“Zirə Gülçülük”ün “Azəriqaz”a qarşı iddiası iddia müqavilələrdən əmələ gələn öhdəliklər (sair) üzrə mübahisələr üzrə qaldırılıb. İşə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi baxılır.

Ramid İbrahimov


SON XƏBƏRLƏR