• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Azərsu" ilə “Meliorasiya və Su Təsərrüfatı” birləşdiriləcək

CƏMİYYƏT

14 Mart 2023 | 13:43 | Müəllif: Qalib İbrahimoğlu

"Azərsu" ilə “Meliorasiya və Su Təsərrüfatı” birləşdiriləcək

Son günlər “Azərsu” ASC ilə “Meliorasiya və Su Təsərrufatı” ASC-nin birləşməsi məsələsi gündəmdədir. Verilən məlumatlara görə, yaxın vaxtda bu iki qurumun birləşərək vahid mərkəzdən idarə ediləcəyi gözlənilir.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Azərsu” və “Meliorasiya və Su Təsərrufatı” ASC-lərinin birləşib-birləşməmə məsələsi idarənin hansı formada təşkilindən asılıdır. Onun sözlərinə görə, Azərbaycanda belə hallar olub, nazirliklər, idarələr birləşib: “Amma idarəetmənin fəlsəfəsində bir dəyişiklik olmayıb. Məntiqlə bir yerdə olsa, daha yaxşıdır”.

“Azərsu” ilə “Meliorasiya və Su Təsərrufatı”nın eyni istiqamətlə məşğul olduğunu deyən N.Cəfərli qeyd edib ki, ancaq bu iki qurumun birləşdirilməsi azdır: “Birləşdirmədən sonra hansı formada fəaliyyət göstərəcək, şəffaflıq nə qədər olacaq, idarəetmənin təkmilləşdirilməsi üçün hansı addımlar atılacaq və s. əsas məsələ bunlardır”.

Ekspertə görə, yəni bir tək idarələr, nazirliklər və dövlət qurumlarının birləşdirilməsi problemi həll etmir. Müsahibimiz qeyd edib ki, bundan sonrakı problemlər daha önəmlidir.

“İdarəetmənin hansı formada həyata keçiriləcəyi və konsepsiyanın nədən ibarət olacağı daha önəmlidir”,- deyə Natiq Cəfərli vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026