Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahanlarda bakalavr səviyyesi üzrə 7658, magistratura səviyyasi üzre isə 990 tələbə istirak edir.
Bakıvaxtı.az xəbər verir ki, bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.
İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu imtahan verən tələbələr üçün 180 va 30 kompüterdən ibarət kompüter zalllar fəaliyyet göstərir.
İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyasi, İmtahan Qərargah va "Qaynar xətt" fəaliyyat göstərir.
Sessiyanın gedişində universitetdə "Açıq qapı günleri" və mediaturlar təşkil olunur.
Qeyd edək ki, üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa fənlərdən imtahanlarda istirak edə bilməyənn tələbələr üçün hamin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.
Aytac Aslan