• Bakı C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Türkiyənin müvəqqəti işlər vəkili: Ərdoğanın Suriyaya səfəri gözlənilir

DÜNYA

22 Dekabr 2024 | 11:48

Türkiyənin müvəqqəti işlər vəkili: Ərdoğanın Suriyaya səfəri gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat bununla yanaşı Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.

Yeni mərhələ barədə danışan Burhan Koroğlunun sözlərinə görə, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.


SON XƏBƏRLƏR

21 Dekabr 2024