• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

ABŞ kəşfiyyatının rəhbəri Ukraynada səfərdədir

DÜNYA

21 Dekabr 2024 | 21:55

ABŞ kəşfiyyatının rəhbəri Ukraynada səfərdədir

Vilyam Börns ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində son dəfə Ukraynaya səfər edib.

Bakkıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib.

Dövlət başçısı müharibə dövründə Börnslə çoxsaylı görüşlər keçirdiyini qeyd edib. Zelenski göstərilən yardıma görə təşəkkürünü bildirib.

Prezident adətən belə görüşlər barədə ictimaiyyətə məlumat verilmədiyi və onların Ukrayna, Avropa, ABŞ və dünyanın digər yerlərində keçirilən bütün görüşləri rəsmi məlumatlandırma olmadan baş tutduğunu qeyd edib.

“Lakin indi son səfərdən sonra açıq danışmaq lazımdır”, – Zelenski vurğulayıb. O, Börns və ailəsinə “ən xoş arzularını” çatdırıb.

“Sirləri açmırıq, amma əlaqəni qoruyub saxlayırıq. Yəqin ki, yenə görüşəcəyik və mütləq bu müharibənin birlikdə çalışdığımız real, etibarlı sülhlə başa çatdığını görəcəyik”, – ölkə başçısı vurğulayıb.


SON XƏBƏRLƏR

21 Dekabr 2024