ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, Avropa İttifaqına (Aİ) ABŞ-la ticarət kəsirini ölkənin neft və təbii qazını böyük miqdarda alaraq bağlamalarını tələb edib. Əks halda, Aİ-yə tariflər tətbiq olunacağını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Donald Tramp, şəxsi sosial media platforması Truth Social vasitəsilə Aİ-yə tariflərlə bağlı xəbərdarlıq edib.
Tramp paylaşımında, "Avropa İttifaqına ABŞ-la aralarındakı böyük ticarət kəsirini neft və təbii qazımızı böyük həcmdə alaraq bağlamalı olduqlarını dedim," ifadəsinə yer verib və əks halda tariflərin sonuna qədər tətbiq ediləcəyini bildirib.
Tramp keçən ay prezidentlik vəzifəsinə gəldikdən sonra Meksika, Kanada və Çindən idxal olunan məhsullara tarif planını elan etmişdi.
O, vəzifəyə başladıqdan sonra ilk fərmanlarından biri olaraq, Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara və "məntiqsiz açıq sərhədlərə" 25 faiz tarif tətbiq etmək üçün lazımi sənədləri imzalayacağını bəyan etmişdi.
Tramp bu tarifi belə izah etmişdi: "Bu tarif, xüsusilə fentanil olmaqla narkotik maddələr və qanunsuz miqrantların ölkəmizə axını dayandırılana qədər qüvvədə qalacaqdır."/Milli.az