Ümummilli lider Heydər Əliyevin yaxın dostu olmuş lerikli fermer, "Çoban Xanış" kimi tanınan Xanış Şahıyevin ailəsinə ağır itki üz verib.
Bakıvaxtı.az xəbər verir ki, X. Şahıyevin böyük oğlu Miriş Şahıyev vəfat edib.
Qeyd edək ki, Xanış Şahıyev qabaqcıl fermer təsərrüfatının başçısı və xeyriyyəçi kimi tanınıb. Heydər Əliyevin prezident olduğu dövrdə onunla dostluq münasibətləri saxlayıb. X.Şahıyevin oğulları Camal və Hüseyn Şahıyevlər Birinci Qarabağ müharibəsində, nəvələri Elgün və Altay Şahıyevlər isə Vətən müharibəsi zamanı şəhid olublar.
Oxu.az-ın məlumatına görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.