• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Juninyodan "Sevilya"dan aldığı təklifə ilk REAKSİYA

İDMAN

22 Dekabr 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Juninyodan "Sevilya"dan aldığı təklifə ilk REAKSİYA

"Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo "Sevilya"dan aldığı təklifə ilk dəfə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda iki klub arasında danışıqlar davam edir.

İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.

Juninyo özü isə "Estadio Deportivo"ya açıqlamasında La Liqa klubunun təklifi ilə bağlı qısaca olaraq deyib: "Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026