• Bakı C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Qazaxıstan millisinin qapıçısı "Sabah"da

İDMAN

21 Yanvar 2025 | 10:15

Qazaxıstan millisinin qapıçısı Sabahda

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.


SON XƏBƏRLƏR