• Bakı C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Yoxa çıxan təyyarə tapıldı - Xilas edilən pilotlar danışdı

DÜNYA

22 Dekabr 2024 | 13:47

Yoxa çıxan təyyarə tapıldı - Xilas edilən pilotlar danışdı

Dekabrın 19-da Rusiyanın Kamçatka vilayətində yoxa çıxan An-2 təyyarəsi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev "VK" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, təyyarədə olan iki pilot və sərnişin sağdır.

Nazirin sözlərinə görə, An-2 ekipajı Mi-8 helikopteri ilə Milkovoya təxliyə edilib.

Kamçatkada yoxa çıxan An-2 təyyarəsinin sərnişini və iki pilotu Milkovo kəndindəki xəstəxanaya aparılıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib.

Təyyarənin xilas edilən ekipaj üzvləri qəzanın təfərrüatlarını açıqlayıb. Pilotların dediyinə görə, eniş zamanı təyyarədəki alətlər sıradan çıxıb. Güclü duman səbəbindən onlar eniş etdikləri yeri görə bilməyiblər. Eniş anında təyyarə çevrilib. Lakin pilotlar qəza siqnalını işə sala biliblər. Ekipaj üzvləri qarın onları xilas etdiyini və bunun qismət olduğunu qeyd ediblər. Xilasetməni gözləyərkən yemək az olduğundan onlar gündə bir dəfə yemək məcburiyyətində qalıblar.

Dekabrın 20-də xilasedicilər An-2 təyyarəsinin axtarışı zonasında mayakdan radiosiqnal tutmağa nail olublar. Təyyarə bu gün - radarlardan itdikdən üç gün sonra Tundra dağı ərazisində tapılıb.

Xatırladaq ki, An-2 Milkovo-Ossora marşrutu ilə kommersiya yüklərinin daşınmasını həyata keçirirdi. Təyyarədə üç nəfər - iki ekipaj üzvü və bir sərnişin olub. An-2 yoxa çıxmazdan əvvəl qəza sensoru işə salınıb. Həmin vaxt təyyarə 700 metr yüksəklikdə olub./publika.az


SON XƏBƏRLƏR

21 Dekabr 2024