İngiltərə Premyer Liqasında 17-cu turun oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu gün “Tottenhem” öz meydanlarında “Liverpul”u qəbul edib. Oyun mersisaydlıların 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ən yaxşısı 2 qol vuran və 2 qolun ötürməsini edən "Liverpul"un futbolçusu Məhəmməd Salah seçilib.
“Tottenhem” - “Liverpul” - 3:6
Qollar: Maddison, 41, Kulusevski, 72, Solanke, 83 — Diaz, 23, 85, Mak Allister, 36, Szoboszlai, 45+1, Salah, 54, 61
Beləliklə, 39 xalı olan "Liverpul" (16 oyun) liderliyini möhkəmləndirib. "Tottenhem" isə 17 oyundan sonra 23 xalla 11-ci yerdədir.
Turnir cədvəlinin 2-ci yerində "Çelsi" (17 oyun) 35 xalla, 3-cü yerdə isə "Arsenal" (17 oyun) 33 xalla qərarlaşıb. /Qol.a