• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkədə valideynlər "TikTok"u bağlatdırdı

MULTİMEDİA

22 Dekabr 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə valideynlər "TikTok"u bağlatdırdı

Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə "TikTok" platformasını bir il müddətinə bloklayacaq.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib. 

Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i "TikTok"un bloklanmasını tələb edib.

"Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək "TikTok"u bloklamaq qərarına gəldik", - deyə Baş nazir bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026