Şirniyyat mağazaları şəbəkəsinə sahib “AZZA” Qapalı Səhmdar Cəmiyyəti gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayındığına görə cərimə edilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “AZZA” QSC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bu maddədə bildirilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.
İbRa








gif-1679733980.gif)







