• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Babək qəza: "Prius" VAZ-2106-a çırpıldı - Anbaan görüntülər

HADİSƏ

11 Sentyabr 2024 | 16:21

Babək qəza: Prius VAZ-2106-a çırpıldı - Anbaan görüntülər

Paytaxtın Babək prospektində zəncirvari qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə "Prius" markalı avtomobilin VAZ-2106 markalı avtomobilə çırpılıb. VAZ-2106 isə öz növbəsində digər maşına dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli "oxu.az"a bildirib ki, yol-nəqliyyat hadisəsi 9 sentyabr saat 06:40-da qeydə alınıb.

"Hadisə zamanı 77-LH-463 dövlət nömrə nişanlı "Prius", 02-BU-954 dövlət nömrə nişanlı VAZ-2106 və 10-DB-021 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub.

Hadisə "Prius" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi səbəbindən baş verib. Nəticədə o qarşıda hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb, idarəetmədən çıxan VAZ-2106 isə arxadan gələn BMW markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Başı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır", - açıqlamada deyilir.

 


SON XƏBƏRLƏR