• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bağçalar fəaliyyətini dayandırıb?

CƏMİYYƏT

05 Aprel 2021 | 09:43

Bağçalar fəaliyyətini dayandırıb?

Bu gündən etibarən Bakı şəhəri üzrə uşaq bağçalarının fəaliyyəti dayandırılıb.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Trend-ə valideynlər bildiriblər. Qeyd olunub ki, onlara ötən gündən bağça rəhbərləri və eləcə də müəllimlər bu barədə bildiriblər.

Təhsil naziri Emin Əmrullayev bağçaların fəaliyyətinin dayandırılmaması haqqında məlumat versə də, bu barədə şəxsən bağça rəhbərlərinə heç kəs bildirməyib.

Xatırladaq ki, ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyətinin dayandırılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilməsi barədə məlumatlar yayılmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti də məlumatı təsdiqləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026