Azərbaycanda bu gün 192 86 nəfər vaksinasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 556 323 nəfər təşkil edir.
















