Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların hərəkəti bərpa olunub.
Bu barədə Bakıvaxtı.az-a ADY-dən bildirilib.
Qeyd edilib ki, texniki nasazlıq aradan qaldırılıb.
19:22
Hazırda qatarların hərəkətində gecikmələr müşahidə olunur.
ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt qatarında texniki nasazlıq yarandığından yarım saat ləngiyib. Bu isə digər qatarların qrafikinə təsir edib. Hazırda problemin aradan qaldırılmasına çalışılır.
















