• Bakı 26° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

DÜNYA

10 Avqust 2025 | 16:08

Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtondakı görüşləri və əldə olunan razılaşmaları tarixi hadisə adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Mirzoyan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin Ağ Evdə paraflanmasını Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində mühüm mərhələ kimi dəyərləndirib.

Onun sözlərinə görə, bununla sülhün rəsmi və daimi mexanizmlərlə təmin olunması mərhələsinə start verilir.

Nazir bildirib ki, paraflamadan sonra verilən birgə bəyanatlar sərhəddə gərginliyin olmadığını və faktiki olaraq sülhün təmin edildiyini göstərir. O, həmçinin kommunikasiyaların açılması və infrastrukturun bərpası ilə bağlı mühüm danışıqlar mərhələsinin başa çatdığını, lakin texniki detallarla bağlı böyük işlərin hələ qarşıda olduğunu qeyd edib.

Mirzoyan vurğulayıb ki, Vaşinqton Bəyanatında infrastruktur layihələrinin hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində, qarşılıqlı fayda əsasında həyata keçiriləcəyi açıq şəkildə göstərilib və üçüncü tərəfin nəzarəti nəzərdə tutulmur.

O, əldə edilən razılaşma ilə Ermənistanın 35 ildən sonra blokadadan çıxdığını və Azərbaycanın dəmir yolu infrastrukturundan beynəlxalq ticarət üçün istifadə edə biləcəyini deyib.

Nazir qeyd edib ki, paraflanmış sülh sazişinin mətni avqustun 11-də ictimaiyyətə açıqlanacaq./teleqraf


SON XƏBƏRLƏR

09 Avqust 2025