• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Özbəkistan 12 illik təhsil sisteminə keçir

DÜNYA

09 Sentyabr 2025 | 15:22

Özbəkistan 12 illik təhsil sisteminə keçir

Özbəkistanda on iki illik məktəb təhsilinin mərhələli şəkildə tətbiqinə qərar verilib.

Bakıvaxtı.az "Özbəkistan 24" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sərdor Rəcəbov məlumat verib.

Onun sözlərinə görə, məktəb sisteminə 6 yaşlılar üçün hazırlıq ilini daxil etməyi planlaşdırır. Bu, təhsilin keyfiyyətini yüksəldəcək və xarici universitetlərə daxil olan abituriyentlər üçün mövcud maneələri aradan qaldıracaq:

"Xarici ali məktəblərə daxil olarkən məzunlar bir il hazırlıq kursu keçmək məcburiyyətində qalırlar. Bu, 1 il itki ilə nəticələnir. Əgər qanunvericiliyə 12 illik sistem tətbiq etsək, o zaman bəzi ölkələrdə məzunlarımızın baza kursu keçməsinə ehtiyac qalmayacaq və onlar birbaşa bakalavr pilləsinə daxil olmaq imkanı əldə edəcəklər".

Gülşən Şərif


SON XƏBƏRLƏR