• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı metrosunda problem yarandı- Sərnişinlər tuneldə qaldı

CƏMİYYƏT

30 Iyul 2021 | 09:54 | Müəllif: Subhan Mahmudov

Bakı metrosunda problem yarandı- Sərnişinlər tuneldə qaldı

"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - deyə o, qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026