• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Bakı payızı" qayıdır

MƏDƏNİYYƏT

13 Yanvar 2023 | 13:08 | Müəllif: Qalib İbrahimoğlu

"Bakı payızı" qayıdır

Bir çox məşhur simaların vaxtilə yer aldığı "Bakı payızı” müsabiqəsi yenidən keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda rejissor Sevinc Kərimova sosial şəbəkədə paylaşım edib.

1988-ci ildə müsabiqənin konsepsiyasını yaradan və rejissorluq edən S.Kərimova 2023-cü ildə bunun reallaşacağını vurğulayıb. 

Bu il “Bakı Payızı” pop-art müsabiqəsi beş janrda - müasir vokal, orijinal janr, müasir xoreoqrafiya, estrada və rok qrupları və bəstəkarlar üzrə keçiriləcək. Müsabiqə üçün ərizələrin qəbulu artıq başlayıb.

Qeyd edək ki, "Bakı payızı - 1988"də Xalq artisti Aygün Kazımova qalib olub. Həmin ərəfədə yarışmada Xalq artisti Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Əməkdar artist Almaz Ələsgərova, müğənnilər Abbas Əhməd, İlqar Xəyal, Samir Bağırov kimi ifaçılar yer alıb. 

2001-ci ildə “Bakı payızı” müsabiqəsi yenidən keçirilib, birinci yeri Xalq artisti Tünzalə Ağayeva qazanıb, lakin həmin müsabiqə onun yaradıcısı və rejissoru Sevinc Kərimovanın iştirakı olmadan baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR