• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin velosiped zolağı ilə bağlı açıqlaması

FORMULA 1

30 Noyabr 2022 | 15:45

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin velosiped zolağı ilə bağlı açıqlaması

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) şəhərin mərkəzi küçələrini Dənizkənarı Milli Parkla əlaqələndirən yolun “Sahil bağı” ətrafından keçən hissəsində velosiped zolağının inşası ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, BŞH-dən verilən məlumata görə, bu küçələrdə təhlükəsizlik hasarının özək konstruksiyası 2016-cı ildən etibarən quraşdırılıb.

"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin keçirilmədiyi müddətdə bu özək konstruksiya piyadaların hərəkətinə mane olmamaq üçün asfalt örtüyünün altında qalır və üzəri xüsusi qoruyucu ilə bağlanır.

Velosiped zolağının çəkilməsindən öncə BŞH piyada və ya velosipedlərin hərəkətinə mane olmaması üçün bu özəklərin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınmasının vacibliyini Bakı Nəqliyyat Agentliyinə bildirib. Yaranmış narahatlığın həlli üçün Bakı Nəqliyyət Agentliyi ilə razılaşdırılaraq müvafiq tədbirlər görüləcək.

Ramid İbrahimov

 


SON XƏBƏRLƏR

26 Aprel 2024