• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda  Alimlərin  Forumu keçirilir

CƏMİYYƏT

19 Dekabr 2022 | 11:19

Bakıda Alimlərin Forumu keçirilir

Bakıda “Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusunda Gənc Alimlərin Respublika Forumu işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, STEM Analitik Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbəyə həsr olunub.

Forumun açılışında Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Milli Məclisin deputatları, tanınmış alimlər, ekspertlər və politoloqlar iştirak edirlər.

STEM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyev jurnalistlərə açıqlamasında bildirib ki, forumun əsas məqsədi regionun aktual mövzularında tədqiqat aparmaq bacarığına malik istedadlı gənc alimləri üzə çıxarmaqdır: “Forumda iştirak etmək üçün ən yaxşı tələbələri, bakalavrları, aspirantları seçdik. İştirak etmək istəyənlər əvvəlcədən öz tezislərini bizə göndərməli idilər. Ən yaxşı 70 tezisi seçərək onları bu forumda iştiraka dəvət etdik”.

Deputat Musa Qasımlı isə Qafqaz regionunun öyrənilməsinin vacib olduğunu vurğulayıb: “Hər birimiz yaşadığımız regionu yaxşı tanımalıyıq. Qonşuda yanğın olan zaman evdə sakit oturmaq olmaz. Qafqazşünaslığın böyük perspektivləri var. Odur ki, praktikaya daha çox önəm vermək lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026