• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tarix müəllimi yarışmada qazandığı pulu görün hara xərcləyəcək - VİDEO

CƏMİYYƏT

18 Yanvar 2023 | 10:45

Tarix müəllimi yarışmada qazandığı pulu görün hara xərcləyəcək - VİDEO

Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılaraq 8 min manat qazanıb. 

Bakıvaxtı.az  xəbər verir ki, 12-ci suala qədər gəlib çıxan müəllim ona da düzgün cavab verməklə sözügedən məbləği əldə edib.

O, qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini bildirib.

Qeyd edək ki, 12-ci sual “Hansı ixtiraçını “Menloparklı sehrbaz” adlandırırlar?” olub. O, auditoriyanın köməyi ilə suala düzgün cavab verib. Növbəti sual səslənsə də, S. Novruzova oyunu dayandırıb və qazandığı məbləğlə verilişdən gedib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026