• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Oğulu öldürüb, atasına xəsarət yetirənlər həbs edildi

CƏMİYYƏT

16 Fevral 2023 | 22:30 | Müəllif: Subhan Mahmudov

Oğulu öldürüb, atasına xəsarət yetirənlər həbs edildi

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayon sakininin ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədovun xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026