• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Temperatur -15 dərəcəyədək endi - FAKTİKİ HAVA

CƏMİYYƏT

17 Fevral 2023 | 09:46

Temperatur -15 dərəcəyədək endi - FAKTİKİ HAVA

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib. Regiona qar yağmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 2 sm, Xaltan 16 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 12 sm olub.

Xızının Altıağac qəsəbəsində 13 sm, Qusarın rayon mərkəzində isə 1 sm, Ləzə kəndində isə 12 sm qar müşahidə olunub.

Şabran və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026