• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda avtoservisdən maşın qaçırıldı

HADİSƏ

14 Dekabr 2021 | 11:53

Bakıda avtoservisdən maşın qaçırıldı

Bakıda avtoservisdən maşın oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilib. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026