• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLAR

CƏMİYYƏT

21 Aprel 2023 | 09:26

Bakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLAR

2011-ci ilin sentyabrında açılışı olan hotelin üzlük materialları qoparaq tökülür.

Bakıvaxtı.az xəbər verir ki, Bakının Badamdar qəsəbəsində yerləşən keçmiş “Kempinski Hotel Badamdar”, hazırda isə “Badamdar Hotel Baku” brendi altında fəaliyyət göstərən beşulduzlu hoteldə divar daşları düşübdür.

Qeyd edək ki, dünyanın məşhur otel brendlərindən olan “Kempinski” Azərbaycandakı tərəfdaşı ilə françayzinq müqaviləsini dayandırıb. “Kempinski” şirkəti ilə “Kempinski Hotel Badamdar” oteli menecer müqaviləsinin 2016-cı il iyulun 31-dən etibarən dayandırıb.

“Kempinski Hotel Badamdar” 2011-ci ilin sentyabrında açılıb və beynəlxalq “Kempinski” otellər şəbəkəsinin Azərbaycanda ilk Resort-oteli idi.

 Otel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 19 konfrans-zaldan, iki restoran və iki bardan, “Qəbələ” banket zalından, qapalı hozuzdan, SPA-mərkəzindən və s. ibarətdir. 

İbRa


Bakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLARBakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLARBakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLARBakıda beşulduzlu hotel qəzalı vəziyyətdədir? - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR