• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda işsizlərin sayı nə qədərdir? - Rəsmi açıqlama

CƏMİYYƏT

21 May 2023 | 00:25 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda işsizlərin sayı nə qədərdir? - Rəsmi açıqlama

“Bu gün Azərbaycanda 300 minə yaxın işsiz var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, ölkələrdə işsizlərin sayını statistika qurumları müəyyən edir: “BƏT metodologiyasına uyğun olaraq işsizlərin ehtimal edilən sayı müəyyənləşdirilir. Bir də işsizlərin qeydiyyatı məsələsi var. Bu zaman ölkələrdə məşğulluq orqanlarına müracət edən şəxslərin sayı əsasında işsizlərin sayı müəyyən edilir. Bu gün BƏT metodologiyasına uyğun olaraq, Azərbaycanda 300 minə yaxın işsiz var”.

M. Abbasbəyli qeyd edib ki, ölkədə 267-270 minə yaxın da qeydiyyatda olan işsiz var.

Daha ətraflı Baku TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026