• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda dəbdəbəli toy: Dünya ulduzları bir arada (VİDEO)

MƏDƏNİYYƏT

27 Noyabr 2021 | 14:14 | Müəllif: Subhan Mahmudov

Bakıda dəbdəbəli toy: Dünya ulduzları bir arada (VİDEO)

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Bakıvaxtı.az olay.az-a istinadla xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar. Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artistləri Miri Yusif, Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

Məşhur simalar "Sədərək" ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Orxanın toyunda səhnəyə çıxıblar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026