Aktyor Enis Arıkan yenidən koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında məlumat yayıb.
"Hələ yeni sağalmışdım. Necə ola bilər ki, yenidən yoluxdum. Məni öpənlər, qucaqlayanlar, gedib test verin. Necə oldu, bilmirəm. Yeni il üçün əyləncə təşkil edəcəkdim".
Özünü qrip kimi hiss etdiyini deyən aktyor hər ehtimala qarşı test verdiyini və nəticənin yenə pozitiv olduğunu bildirib.
"Doğum günümdə də tək qalacağam" - deyə, o, paylaşımında bildirib.
Qeyd edək ki, Enis Arıkan hazırda "Camdaki kız" serialında Muzeffer obrazını canlandırır. Bir müddət əvvəl COVID-19-a yoluxduğundan filmin çəkilişləri dayandırılmışdı.
Aytac Aslan
















