Müğənni Samir Cavadzadə Rusiyaya köçüb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bir neçə ay bundan əvvəl Moskvaya gedərək orada yaşamağa başlayıb.
Samir restoranlarda çıxış edir, təşkil olunan toy məclislərindən yer alır.
Qeyd edək ki, Samirin həmkarı Səbinə Babayeva da bir müddət əvvəl Rusiyaya köçüb, orada fəaliyyətini davam etdirir./olay.az/
Xatırladaq ki, Samir Cavadzadə 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil edib. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu.
Aytac Aslan

















