• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Parisdə məşhur fotoqraf donaraq ölüb

MƏDƏNİYYƏT

26 Yanvar 2022 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Parisdə məşhur fotoqraf donaraq ölüb

“Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu ititrərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu “RTL” radiosunda çıxış edən mərhumun dostu və müsiqçi Mişel Momponte bildirib.

Onun sözəlrinə görə, 18 yanvar axşamı fotoqraf gəzmək üçün küçəyə çıxıb. Bu zaman o, huşunu ititirək yıxılıb. Baş nahiyəsindən güclü zərbə aldığı üçün 6 saata yaxın küçədə qalıb (report).

“Bu zaman kəsiyində heç bir şəxs təcili tibbi yardım avtomobilini çağırmağa ehtiyac görməyib. Yalnız səhər saatlarında küçədə yaşayan şəxs əraziyə həkim çağırıb. Xəstəxanaya aparılan 84 yaşlı fotoqrafa kəllə-beyin travması və ağır hipotermiya diqanozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”, - deyə M.Momponte bildirib.

Qeyd edək ki, Rene Robert ömrünün 50 ilini fotoqrafiya sənətinə həsr edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026