• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Vəzifəli şəxs də verəndə almıram" - Cavanşir Məmmədov

MƏDƏNİYYƏT

24 Fevral 2022 | 18:16 | Müəllif: Subhan Mahmudov

"Vəzifəli şəxs də verəndə almıram" - Cavanşir Məmmədov

"Müğənni əvvəl paxıl olmamalıdır. Qrupunda hamıya dəstək olmalısan. Nə olar bir 100, 200 manat artıq verəndə? Hərtərfli anlayış olmalıdır. Heç vaxt insanları incitməmişəm. 3 min, 4 min, nə veriblər onu da götürmüşəm. Ondan artıq verəndə götürməmişəm. Vəzifəli şəxs də verəndə almıram. Çünki olursan ondan asılı. Başqa məclisdə olanda deyirlər filankəs oturub, gedib görüşməlisən. Getməyəndə başına qaxırlar".

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "7 canlı" proqramında deyib. Müğənni sənət adamlarının toyda özlərini aparmasından gileylənib:

"Bəzən toylarda görürəm müğənnilər gedir qonağın başının üstünü kəsdirir ki, hörmət etsinlər. Bu sənət ağa kimidir. Bunu ağa kimi işlətməlisən. İstedadın varsa, fəxr etməlisən. Müğənni özünü böyük aparmamalıdır. Müğənni milyonçu olmayıb heç vaxt. Xalqdan biridir". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR